print-logo2
A+ A-

İsa İncil | Gospel in Azerbaijani

pdf

İncil müjdəsi

–  Lütfən aşağıdakıları oxuyun:

Gen 1:1 İlk olaraq Allah göyləri və yeri yaratdı.
Romalılar 3:23 Hamı günah işlətmiş və Allahın izzətindən məhrum qalmışdır.
Yəhya 8:34 İsa onlara cavab verdi: “Sizə doğrusunu, doğrusunu deyirəm: Günah işlədən hər kəs, günahın köləsidir.

Bizi Allah yaratdı, lakin biz Onu tanımırıq və biz öz günahkar xislətimiz səbəbindən Ondan ayrıldıq. Həyatımız Allah olmadan mənasız və puçdur. Bizim günahlarımızın nəticəsi ölümdür (əvəzin ödənilməsi), bu istər mənəvi, istərsə də fiziki ölüm ola bilər. Mənəvi ölüm Allahdan ayrılmaq mənasına gəlir. Fiziki ölüm isə vücudun çürüməsidir. Əgər günahlarımız içərisində ölərsək biz Allahdan əbədi olaraq ayrılmış olacağıq və cəhənnəmə düşəcəyik. Biz günahlarımızdan özümüzü necə xilas edə və Allaha necə geri dönə bilərik? Biz özümüzü xilas edə bilmərik, çünki günahkar insanın özünü xilas etməsi mümkün deyildir. (Eyni ilə, boğulan insanın digər boğulan insanı xilas edə bilməməsi kimi. Bu halda hər ikisinin köməyə ehtiyacı vardır) Bizi günahlarımızdan xilas etmək üçün günahsız birinə (boğulmayan biri) ehtiyacımız vardır. Yalnız günahsız insan bizi xilas edə bilər. Hər kəsin günaha batdığı günahkar bir dünyada günahsız insanı necə tapmaq olar?

Romalılar 6:23 Çünki günahın əvəzi ölüm, Allahın ənamı isə Rəbbimiz Məsih İsada əbədi həyatdır.
Yəhya 3:16 Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun.
Matta 1:23 “Budur, bakirə qız boylu qalacaq, bir Oğul doğacaq və Onun adını İmmanuel qoyacaqdır.” Bu isə Allah bizimlədir deməkdir.
Yəhya 8:23 Onlara dedi: “Siz aşağıdansınız, Mən yuxarıdanam; siz bu dünyadansınız, mən bu dünyadan deyiləm.
Mark 1:11 Və göylərdən bir səs gəldi: “Sən Mənim sevimli Oğlumsan, Səndən çox məmnunam.”
Yəhya 8:36 Beləliklə, əgər sizi Oğul azad edərsə, həqiqətən azad olarsınız.
Yəhya 3:3 İsa cavab verib ona ona dedi: “Doğrusunu, doğrusunu sənə deyirəm: Bir kimsə yenidən doğulmasa, Allahın Səltənətini görə bilməz.”
Yəhya 1:12 Onu qəbul edənlərin hamısına, Onun adına iman edənlərə isı Allahın oğulları olmaq haqqını verdi.

Yaradıcımız olan Allah bizi çox sevir, O bizə çıxış yolu göstərmişdir. Bizə qarşı öz dərin sevgisindən O, bizim günahlarımız uğrunda ölməsi  üçün bizə öz Oğlunu, İsanı göndərmişdir. İsa bu dünyalı olmadığı üçün günahsızdır və O, bu dünyada olarkən şeytanın günaha təhriki üzərində qalib gəlmişdir. Onun həyatı göydə Allahı məmnun etmişdir. İsa bizim günahlarımızı aldı və günahlarımız üçün xaçın üzərində öldü. O bizim həyatımızın xilaskarıdır (İsa bizi xilas edə bildi, çünki O boğulmurdu). İsanın xaç üzərində ölməsinin səbəbi bizim günahlarımızın əvəzi idi. Bununla da O, günahlarımızı bizdən kənarlaşdırmış və bizim Allah ilə kəsilmiş münasibətlərimizi bərpa etmişdir. Bu yeni münasibət “yenidən doğuş” adlanır. Bu bizi yaradılış və mövcud olma məqsədimizə geri qaytarır, yaşamaq üçün həqiqi məna və məqsəd bəxş edir.    

Yəhya 11:25 İsa ona dedi: “Dirilmə və həyat Mənəm; Mənə iman edən ölsə də yaşayar.
Romalılar 6:9 Çünki bilirik ki, Məsih ölülərdən dirilmiş olduğundan artıq ölməyəcək, ölüm artıq onun üzərində hökm sürməyəcəkdir.
Həvvarilərin işləri 2:24 Allah isə ölün acılarına son verib Onu diriltdi; çünki Onun ölüm tərəfindən tutulması mümkün deyildi.
Romalılar 14:9 Çünki Məsih bunun üçün öldü / və dirildi/ və təkrar yaşadı ki, həm ölülərin, həm də dirilərin Rəbbi olsun.
Həvvarilərin işləri 1:11 Və dedilər: “Ey qalileyalılar! Nə üçün durub göyə baxırsınız? Sizdən göyə aparılan bu İsa göyə qalxdığını necə gördünüzsə, eyni cür geri qayıdacaqdır.”

İsanın bizim günahlarımız üçün qurban verilməsinin göydə Allah tərəfindən qəbul edilmiş olmasının sübutu nədir? Bunun sübutu İsanın ölümdən sonra Allah tərəfindən yenidən dirildilməsidir. Dirilmə nəticəsində İsanın ölüm üzərində qələbəsi sübut olunmuşdur. Nəticə etibarı ilə, indi İsanın yaşamağı səbəbindən, biz də yaşaya bilirik. Onun həyatının bizim həyatımız üzərində təsiri bizə həyat bəxş edir. Bundan başqa O yenidən dirildiyi üçün, O bu gün də yaşayır.

Yəhya 5:24 Sizə doğrusunu, doğrusunu deyirəm: Mənim sözümü dinləyib Mənə göndərənə iman edənin əbədi həyatı vardır və məhkum edilməz, lakin ölümdən həyata keçmişdir.
Yəhya 10:9 Mən qapıyam. Əgər bir kimsə Məndən girərsə, xilas olar; girər, çıxar və otlaq tapar.
Yəhya 14:6 İsa ona dedi: “Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz.
Yəhya 8:24 Buna görə də sizə: “Günahlarınız içində öləcəksiniz” dedim. Çünki Mən Oyam. Buna iman etməsəniz, günahlarınız içində öləcəksiniz.”
Həvvarilərin işləri  4:12 Və başqa heç kimdə xilas yoxdur; çünki səma altında insanlara verilmiş başqa bir ad yoxdur ki, onunla xilas ola bilək.”
Romalılar 10:13 Çünki: “Hər kim Rəbbin adını zikr etsə, xilas olacaqdır.”
Romalılar  10:11 Çünki Müqəddəs Yazı deyir: “Ona iman edən heç kimsə utandırılmayacaqdır”
Romalılar  2:11 Çünki Allah önündə ayrı-seçkilik yoxdur.
Romalılar  3:22 Allah bu bəraəti, İsa Məsihə olan iman vasitəsilə, iman gətirənlərin hamısına qazandırmışdır; çünki insanlar arasında heç fərq yoxdur.
Romalılar  10:9 Çünki əgər sən ağzınla “İsa Rəbbdir”, – deyə iqrar etsən və Allahın Onu ölülərdən diriltdiyinə ürəyinlə inansa xilas olacaqsan.

Günahlarımız necə çıxarıla bilər və bu yeni həyatı necə dərk edə bilərik? İsanın Rəbbimiz və Xilaskarımız olduğuna iman gətirməklə… Əgər biz günah hərəkətlərimizdən peşman olarsaq və İsadan bizi əfv və xilas etməsini istəyərsək, O bunu edəcəkdir. İsa bizim günahlarımız üçün dünyaya ölməyə gəlmiş Allah oğludur. Dünyada Ona iman gətirən hər bir şəxs Allah tərəfindən mərhəmətlə mükafatlandırılacaq, günahlarından (və cəhənnəmdən) xilas olacaq və həmin şəxslərə Allah tərəfindən yeni həyat bəxş ediləcəkdir. Allah qərəzsizdir. O, insanlara yaşadığı yerə, danışdığı dilə, varlı və ya kasıb, kişi və ya qadın, gənc və ya qoca və yaxud da ki, digər fiziki müxtəlifliklərə görə ayrı-seçkilik etmir. İsaya iman gətirən və onu tanıyan hər bir şəxs xilas olacaqdır. İsanın ardıclı olmağa qərar versəniz aşağıdakı duanı oxuyun:

Göylərin Allahı, yeganə Oğlun İsanı mən xilas ola bilim və göylərdən bəxş olunmuş yeni həyata başlayım deyə mənim günahlarımı yumaq üçün göndərdiyin üçün Sənə təşəkkür edirəm. Hərəkətlərimdən peşmanam və günahlarım üçün Səndən mərhəmət diləyirəm. Mən İsaya iman gətirirəm və İsanı Rəbbim və Xilaskarım kimi qəbul edirəm. Mənə bəxş etdiyin bu yeni həyatda Səni məmnun edə biləcək həyat yaşamağım üçün mənə yardım et və doğru yolu göstər. Amin.

Yuxarıda göstərilən duanı etdikdən sonra Allahdan sizə gedə biləcəyiniz bir kilsə göstərməsini xahiş edim. Mütəmadi olaraq dua edərək Allahla söhbət edin. Allah sizi eşidəcəkdir. Allahın səsinə qulaq asın. Allah sizə doğru yolu göstərəcəkdir. O sizi sevir və sizin qeydinizə qalacaqdır. Allah Ona iman gətirənlərin inamını heç vaxt sarsıtmır. Allah xeyirxah Allahdır. Ona etibar etməyə dəyər. Siz bütün həyatınız boyu ona güvənə bilərsiniz. Ehtiyaclarınızı Ona bildirin. O sizin qeydinizə qalacaq və sizin üçün xeyir-dua verəcəkdir. Allah buyurur: “Mən sizi heç vaxt tərk etməyəcəyəm və sizi tək qoymayacağam”. Allaha iman gətirin. İsanın vasitəsilə xeyir-dua alın.

İncili Conun kitabından başlayaraq mütəmadi olaraq oxuyun. Daha çox İnternet resursu üçün buranı sıxın.